
Kim Çen Inın rəhbərlik etdiyi Şimali Koreya ABŞ prezidenti Trampın Qəzzanı ələ keçirmək planına reaksiya verib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, dövlət xəbər agentliyi KCNA ABŞ-ı “vəhşi soyğunçu” kimi təsvir edib.
Şimali Koreyanın dövlət mediası, eyni zamanda ABŞ prezidenti Donald Trampın Qəzzanı ələ keçirmək və fələstinliləri başqa yerə köçürmək təklifini “boşluq” adlandırıb və Vaşinqtonu quldurluqda ittiham edib.
Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) Trampın adını birbaşa çəkmədən dərc etdiyi şərhdə fələstinlilərin təhlükəsizlik və sülhə olan zəif ümidlərinin bu təklifin puça çıxdığı bildirilib.
“ABŞ-ın bomba bəyanatı ilə dünya indi sıyıq qazan kimi qaynayır” deyib.
Orxan Saffari