Müəllimlərin aylıq əməkhaqqı artırılıb.
Təhsil Nazirliyindən Gununsesi.org–a verilən məlumata görə, ölkə Prezidentinin sərəncamına əsasən, müəllimlərin aylıq vəzifə maaşı 2019-cu il sentyabrın 1-dən orta hesabla daha 20 faiz artırılıb və orta aylıq əməkhaqqı 600 manata çatıb. Bu artımlardan sonra aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5 min nəfər təşkil edib.
“Həmçinin diaqnostik qiymətləndirmədən keçən incəsənət və yaradıcılıq üzrə tədris aparan müəllimlərin əməkhaqqı 1 oktyabr 2019-cu il tarixindən etibarən Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq artırılıb”.
Bundan başqa təhsil müəssisələrinə mərkəzləşdirilmiş müsabiqə əsasında müddətli müqavilə ilə işə qəbul olunmuş müəllimlərin daimi əsaslarla işə qəbul edilməsi üçün elektron müsabiqə və onlayn müsahibələr təşkil edilib. Müsahibələrdə iştirak etmiş 1228 namizəddən 1035 nəfəri uğur qazanaraq müddətli müqavilə əsasında çalışdıqları məktəbə 2020-2021-ci tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi ilə təyin olunmaq hüququ qazanıb.
COMMENTS