Rübabə Muradovanın xatirəsi yad olunacaq

Rübabə Muradovanın xatirəsi yad olunacaq

Fevralın 21-də Beynəlxalq Muğam Mərkəzində (BMM) Xalq artisti, xanəndə Rübabə Muradovanın xatirəsi yad olunacaq. 

Gununsesi.org xəbər verir ki, Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, tədbir Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsi çərçivəsində reallaşacaq.

Gecədə R.Muradova haqqında ən xoş və həzin xatirələr səslənəcək, gənc xanəndələr onun repertuarından olan mahnıları ifa edəcəklər.

 

Gununsesi.org

COMMENTS