Rusiyada qaçaqmalçılıq edən azərbaycanlı saxlanıldı

Rusiyada qaçaqmalçılıq edən azərbaycanlı saxlanıldı

Rusiyanın Tümen aeroportunda qaçaqmalçılıq edən şəxslər saxlanılıb.

Gununsesi.org Tumentoday.ru-ya istinadən xəbər verir ki, həmin şəxslər “Poşino” hava limanında  Rusiya ərazisinə qaçaqmal keçirmək istəyiblər.

Belə ki, aeroportda axtarış zamanı Azərbaycan, Tacikistan və Özbəkistan vətəndaşlarının baqajlarında qanunsuz ət, süd və bal aşkarlanıb.

Müsadirə olunan məhsullar aidiyyəti üzrə məhv edilib.

Gununsesi.org

COMMENTS