Dünyanın ən yaşlı qadını Fatima Mirzəqulova 127 yaşında tacikistanın Soqd əyalətinin Aşt rayonunda dünyasını dəyişib.
Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, Mirzəqulova vəsiyyəti əsasında Dahan kəndində dəfn olunub.
Qeyd edək ki, Fatimə Mirzəqulova orta məktəbi bitirib və heç vaxt ciddi xəstəliyi olmayıb. Onun 8 övladı – 5 qızı, 3 oğlu, 200-dən çox nəvə, nəticə və kötücəsi olub.
Fatimə Mirzəqulova 13 mart 1893-cü il tarixində dünyaya gəlib.
Gununsesi.org
COMMENTS