Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasının vacib oyununa təyinat alıb.
Gununsesi.org xəbər verir ki, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, ədalət təmsilçisinin rəhbərlik etdiyi hakimlər briqadası 22-ci tur çərçivəsində keçiriləcək “Panatinaikos” – PAOK oyununu idarə edəcək.
Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.
Qeyd edək ki, qarşılaşma fevralın 2-si saat 21:30-da baş tutacaq.
Gununsesi.org
COMMENTS