“Beşiktaş”ın sabiq çalışdırıcısı “Qarabağ”da işləyəcək

“Beşiktaş”ın sabiq çalışdırıcısı “Qarabağ”da işləyəcək

Türkiyənin “Beşiktaş” və “Başakşəhər” klublarının aşağı yaş qrupu üzrə sabiq baş məşqçisi Öndər Karaveli bundan sonra Azərbaycanda işləyəcək.

Gununsesi.org-un məlumatına görə, 45 yaşlı mütəxəssis “Qarabağ”ın uğurları üçün çalışacaq.

Son olaraq “Başakşəhər”in U-19 komandasına rəhbərlik edən Karaveli “Qarabağ”da koordinator köməkçisi vəzifəsini icra edəcək. O, məşqçilik karyerası ərzində əvvəllər “Beşiktaş”ın U-21 komandasını çalışdırıb.

 
Gununsesi.org

COMMENTS