Türkiyədə operatorlar zəlzələ zamanı qaçmadı, zəngləri cavablandırdı

Türkiyədə operatorlar zəlzələ zamanı qaçmadı, zəngləri cavablandırdı

Türkiyədə güclü zəlzələ zamanı operatorların yerlərini tərk etməməsi sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Gununsesi.org İHA-ya istinadən xəbər verir ki, Diyarbakır şəhərində yeraltı təkanların hiss edildiyi anlar “112 təcili yardım” xidmətinin operatorları heç yerə qaçmayaraq zənglərə cavab veriblər. Onların bu fədakarlığı təqdirlə qarşılanıb.

Qeyd edək ki, yanvarın 25-də Elazığ şəhərində 6.8 bal gücündə zəlzələ baş verib. Nəticədə 40 nəfər ölüb, 1607 nəfər xəsarət alıb.

 

 

Gununsesi.org

COMMENTS