Rotterdamda iki silahlı hücum – 2 nəfər ölüb

  • By resul
  • 29 Sentyabr 2023 09:58
rotterdam

Rotterdamda iki silahlı hücum olub, azı 2 nəfər həlak olub.

Gununsesi.info xəbər verir ki, yerli hakimiyyət nümayəndələrinin sözlərinə görə, hücumları artıq polis tərəfindən saxlanılan 32 yaşlı kişi həyata keçirib.

Nəticədə 2 nəfər həlak olub, 14 yaşlı bir qız isə yaralanıb.

İlk silahlı hücum hücum edənin özünün yaşadığı Hayneman ərazisindəki yaşayış binasında edilib. Atışmadan sonra kişi binanı yandırıb.

İkinci hücum birinci hadisənin baş verdiyi yerdən 1,5 km aralıda yerləşən Erasmus Universiteti Xəstəxanasında baş verib. Hücum edən şəxsin bu universitetin məzunu olduğu bildirilir.

Hücumdan sonra həmin şəxs universitet binasına molotof kokteyli də ataraq yanğının başlanmasına səbəb olub.

Polis hadisə ilə bağlı araşdırmaları davam etdirir.

Səid Əhmədli
Gununsesi.info