Ermənistan Rusiyaya bu məsələdə razılaşma təklif etdi

  • By resul
  • 28 Sentyabr 2023 12:57
beynəlxalq məhkəmə

Ermənistan Rusiyanı Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Roma Statusu ilə bağlı məsələnin hüquqi həlli üçün ikitərəfli saziş imzalamağa dəvət edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeqişe Kirakosyan brifinqdə bildirib.

“Biz Rusiya Federasiyasına ikitərəfli saziş bağlamağı təklif etmişik ki, Roma Əsasnaməsi Ermənistan tərəfindən ratifikasiya olunarsa, Rusiyanın qorxuları aradan qalxsın”, – deyə o bildirib.

Kirakosyanın sözlərinə görə, Rusiya tərəfi bu sazişi imzalamaq istəməsə belə, “Rusiya Federasiyası prezidentinin Ermənistana səfəri zamanı onun mümkün həbsi barədə danışmaq ağlabatan deyil”. “Ölkə liderlərinin toxunulmazlığı var”, o deyib.

Səid Əhmədli
Gununsesi.info