Amerikadan Türkiyəyə “F-16” satışı açıqlaması – Münasibətlər yenidən soyuqlaşdı

  • By arzu
  • 12 Sentyabr 2023 10:52

Amerikanın Xarici İşlər Nazirliyinin sözcüsü Metteu Miller Türkiyəyə “F-16″ların satışı ilə bağlı açıqlama verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Miller rəsmi Ankaraya satılması gözlənən “F-16″ların İsveçin NATO-ya üzv qəbul edilməsi ilə əlaqəli olmadığını bildirib.

“Türk hökumətinə açıqca söylədiyimiz ki, “F-16″ların satışı Amerika Konqresinin təsdiqləməsi lazım olan mövzulardandır. Hər iki mövzunun bir-biri ilə bağlı olduğuna inanan konqres üzvləri var. Dolayısı ilə, bunların bir-biri ilə əlaqəli olduğuna inanmasaq da, prosedəki tək oyunçu biz deyilik. Bunu birbaşa Türkiyə rəsmilərinə bildirdik”.

Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “G-20” sirvəsindən sonra keçirdiyi mətbuat toplantısında Amerika Prezidenti Co Bayden ilə ayaqüstü görüşdüklərini söyləmişdi.

Ərdoğan Amerikan rəsmilərinin  “F-16″ların satışının təsdiqlənməsini İsveçlə əlaqələndirdiklərini bildirdiklərini söyləmişdi

“Əfsuslar ki, işi aldılar, götürüb “İsveç, İsveç”, deyirlər. Bu yanaşma bizi üzür. Verəcəyim tək bir cavab var: Hər şeyə “Konqres” deyirsiniz. Mənim də Konqresim var: Türkiyə Böyük Millət Məclisi. Orada qərara keçmədiyi müddətcə mən bir şey deyə bilmərəm. Təkbaşıma qərar verəcək durumda deyiləm. Məclisin verəcəyi qərarı gözləməliyəm”.

Amerikan rəsmisi Miller isə Ərdoğanın bu mövzudakı dəstəyini təqdir etdiklərini və nəticədə, Türkiyə Parlamenti tərəfindən təsdiqlənməsi üçün Ərdoğanın cəhdlər göstərəcəyinə dair verdiyi sözə güvəndiklərini söyləyib.

Miller açıqlamasında İsveçin NATO-ya qatılmasının bir an öncə təsdiqlənməli olduğunu vurğulayıb.

Xatırladaq ki, Ağ Evin Təhlükəsizlik üzrə məsləhətçisi Ceyk Sullivan rəsmi Vaşinqtonun “F-16” döyüş təyyarələrinin Türkiyəyə satışını Konqreslə danışaraq irəlilətmək niyyətində olduğunu bildirmişdi.

Ancaq həm “F-16” döyüş təyyarələrinin satış tarixinini, həm də Türkiyə Parlamentində İsveçin bu üzvlüyə nə zaman yaşıl işıq yandıracağı qeyri-müəyyənliyini qoruyur.

Tərcümə: Arzu

Gununsesi.info