Donald Tramp ABŞ-ın Baş Qərargah rəisi Milletin EDAM EDİLMƏSİNİ söyləyib: “Xain…”

  • By arzu
  • 28 Sentyabr 2023 11:22

Amerikanın keçmiş Prezidenti Donald Tramp bu ayın sonunda təqaüdə çıxacaq ABŞ-ın Baş Qərargah rəisi Mark Milleyi tənqid edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Donald Tramp Milley üçün edam cəzasini gündəmə gətirib.

“Mark Milley ölüm cəzasını haqq edəcək bir iş edib”, – deyə Tramp söyləyib.

Tramp Prezidentliyinin son ayında onun bilgisi xaricində Milleyin Çindən olan həmkarı ilə görüşməsini qınayıb.

Tramp Milleyi onun “arxasından iş görməkdə” ittiham edib.

“Milley Çinə Amerika Prezidentinin düşüncələri haqqında bilgi verib. Bu, o qədər qorxunc bir davranışdır ki, keçmişdə cəzası ölüm olardı. Bu xain davranış nəticəsində Çinlə Amerika arasında bir savaş ola bilərdi.

Xatırladaq ki, Milley 2021-ci ilin sentyabrında Senatda Silahlı Qüvvələr Komitəsindəki çıxışında Çindən olan yetkililərə Trampın Prezident olaraq son həftələrdə Çinə hücum planlaşdırmadığını açıq şəkildə söylədiyini dilə gətirmişdi.

 

Tərcümə: Arzu

Gununsesi.info