Bəlkə Qənirəyə deyəsən?

  • By admin
  • 29 Sentyabr 2023 08:50

Bəlkə Qənirəyə deyəsən?

Görən, Qənirə mənə kömək edər?

İstəyirəm gedəm Qənirənin yanına, dərdimi danışım…

Ümid bircə Qənirəyədi…

Qənirəyə dedim, həll elədi…

Qənirəyə zəng edən kimi durub gəldi…

Qənirə olmasaydı, balam öləcəkdi…

Qənirə valideynimin həyatını xilas elədi…

Qənirə bilən kimi nə qədər adama zəng elədi, hamını ayağa qaldırdı…

Qənirə fılankəslə danışdı, dedi ki, bu adama mütləq kömək etmək lazımdır, ondan sonra yoluna qoydular…

Bir də gördüm Qənirə xəstəxanada özünü çatdırdı, bizi tək qoymadı…

Qənirə hər gün zəng edib halımı soruşurdu…

Qənirə hər bayramda gəlirdi, sovqat göndərirdi…

Pulum yox idi, dərmanları ala bilmirdim, Qənirə aldı…

Qənirəni toya çağırdım, gəldi…

Qənirə yasımızda hamıdan tez gəldi, axıra qədər oturdu…
….

Allah şahiddir.

Köməyə ehtiyacı olan minlərlə, bəlkə də onminlərlə azərbaycanlı da şahiddir.

Mən də şahidəm.

Hələ Vətən üçün etdiyi fədakarlıqlar, qalın-qalın kitablara sığmaz…

İmdad Əlizadə