Qubada külək bir sıra fəsadlar törədib.
Gununsesi.org-un APA-ya istinadən verdiyi məlumata görə, külək rayonun Fətəlixan küçəsində beşmərtəbəli binanın damını uçurub. Binanın həyətində olan 5 maşına ziyan dəyib. Quba Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.
Güclü külək həmçinin şimal bölgəsində elektrik təsərrüfatına da ziyan vurub.
Gununsesi.org
COMMENTS