Koronavirus pandemiyası səbəbi ilə “Avroviziya-2020” beynəlxalq mahnı müsabiqəsinin keçirilməsi ləvğ olunsa da, ötən gecə “İctimai Televiziya”nın canlı efirində sözügedən layihənin “Europe Shine A Light” konsert şousu yayımlanıb.
Gununsesi.org mahnı şousunda 2020-ci il üçün iştirakçı ölkələrin nümayəndələri, eləcə də, ötənilki müsabiqənin qalibləri və ulduzları iştirak ediblər.
Onlarla yanaşı Azərbaycana 2011-ci ildə “Avroviziya”da qələbə sevinci yaşadan müğənnilər Eldar Qasımovla Nigar Camal şouda 12 saniyəlik videomesaj ünvanlayıblar.
Müğənnilər “Evinizdə qalın. Avropa yenidən işıqlansın”, – deyərək, onlara birincilik qazandıran “Running Scared” mahnılarından bir parçanı ifa ediblər.
Gununsesi.org
COMMENTS