Polad Bülbüloğlu qardaşının hüzrünə gəlməyəcək- SƏFİRİN XANIMI

Polad Bülbüloğlu qardaşının hüzrünə gəlməyəcək

 

Xəbər verdiyimiz kimi Azərbaycan professional vokal sənətinin banisi, görkəmli opera müğənnisi Bülbülün böyük oğlu Çingiz Məmmədov dünyasını dəyişib.

Dünən mərhum Bakıda “Qurd Qapısı” adlanan ərazidəki məzarlıqda dəfn edilib. Mərhumun Rusiyada səfir qardaşı Polad Bülbüloğlu dəfn mərasiminə qatılmayıb.

Gununsesi.org-un xəbərinə görə, Polad Bülbüloğlu yeganə qardaşının hüzr məclisində də olmayacaq.

Bu barədə saytımıza səfirin həyat yoldaşı Gülnarə Şıxəliyeva bildirib. Onun sözlərinə görə, koronavirus pandemiyası səbəbindən ölkələr arasında gediş-gəliş mümkün olmadığından Polad Bülbüloğlu da Azərbaycana gələ bilməyəcək: “Necə gələ bilər axı? Bütün yollar bağlıdır. Təyyarə reysləri yoxdur”.

Xatırladaq ki, 12 dekabr 1938-ci ildə Tiflisdə doğulan Çingiz Bülbüloğlu uzun illər bir sıra vəzifələrdə çalışıb.

Mərhum bir neçə il əvvəl Milli Məclis Aparatından şöbə müdiri kimi təqaüdə çıxmışdı.

 

Gununsesi.org

COMMENTS