Azərbaycanın tanınmış hüquqşünası Aslan İsmayılov özünün sosial şəbəkə hesabında ölkənin yeni Baş prokuroru Kamran Əliyevin prokurorluq orqanlarında etdiyi kadr dəyişiklərindən yazıb. Aslan İsmayılov bildirib ki, adıçəkilən orqanda edilən kadr dəyişiklərinin islahat effekti verməsi üçün Kamran Əliyev ilk növbədə Baş prokurorun birinci Rüstəm Usubovun və Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədovun vəzifədən azad edilməsinə nail olmalıdır.
Gununsesi.org Aslan İsmayılovun həmin qeydlərini təqdim edir:
“Baş Prokuror Kamran Əliyevin Prokurorluqda apardığı təmizləmə işlərini alqışlayıram. Ancaq bu işin səmərəli olması üçün ilk növbədə özünün birinci müavini Rüstəm Usubovun və Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədovun vəzifədən azad edilməsinə nail olmalıdır. Hər ikisinin əməlləri araşdırılarsa, Azərbaycan Cinayət Məcəlləsində maddələr çatışmaz. Hərəsinin araşdırılması vacib olan ancaq bir əməlini Sizin də, diqqətinizə çatdırım.

COMMENTS