Belə davam etsə, Əliyev İrəvanda çay içəcək - Məlikyan

“Belə davam etsə, Əliyev İrəvanda çay içəcək”.

Gununsesi.info xəbər verir ki, bu barədə 44 günlük müharibədə ölən erməni əsgərin anası, “Ana Ermənistan” hərəkatının üzvü Naira Məlikyan deyib.

O bildirib ki, müharibə bitsə də, erməni əsgərlər qırılmağa davam edir.

“Əgər ordu komandanı Paşinyan olacaqsa, biz əbədi məhv olmağa məhkumuq və bir gün Əliyev çayını İrəvanda içəcək”, – o bildirib.

Qeyd edək ki, Ermənistanın təxribatından sonra sərhəddə eskalasiya başlayıb. Rəsmi məlumatlara görə, Ermənistanın indiyə qədər 4 itkisi var, lakin real itkilərin daha çox olduğu vurğulanır.

 

Gununsesi.info