
ABŞ-ın Azərbaycandakı Müvəqqəti İşlər Vəkili Hüqo Qevara hazırda həbsdə olan ADR Partiyasının lideri, iqtisadçı alim Qubad İbadoğlunun işi və hazırki vəziyyəti ilə tanış olmaq üçün onun vəkilləri ilə görüş keçirib.
Gununsesi.info-nun xəbərinə görə, görüşdə İbadoğlunun vəkillərindən Bəhruz Bayramov və Zibeydə Sadıqova iştirak edib.
Bəhruz Bayramov Gununsesi.info-ya açıqlamasında bildirib ki, İbadoğlunun cinayət işinin gedişi və bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Vəkil deyib ki, ABŞ höküməti Qubad İbadoğlunun və digər siyasi məhbusların məsələsini ciddi şəkildə izləyir.
Şəbnəm
Gununsesi.info