
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld 22 İyul – Milli Mətbuat Günü münasibətilə bir qrup media rəhbəri ilə görüşüb.
Görüşdə iştirak edən Gununsesi.info xəbər saytının baş redaktoru Pərviz Həşimlinin sözlərinə görə, Britaniya səfiri ölkəmizdə medianın durumu ilə bağlı danışıb.
“Səfir bildirdi ki, təmsil etdiyi ölkə hər zaman Azərbaycanda media azadlığına xüsusi önəm verir və hökumətlə bütün dialoqlarda media sahəsində olan problemlər müzakirə olunur”.
Baş redaktorun sözlərinə görə, qarşılıqlı dialoq şəraitində keçən görüşdə hökumət və müstəqil media təmsilçiləri olub.
Şəbnəm