Qubad İbadoğlunun həbs müddəti uzadıldı

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilib.

Bu barədə Gununsesi.info-ya onun vəkili Zibeydə Sadıqova məlumat verib. Vəkil deyib ki, Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda təqdimata etiraz ediblər.

Qərara əsasən, Q.İbadoğlunun həbsdə saxlama müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur.

 

 

Gununsesi.info