Rusiyadan İrəvana növbəti XƏBƏRDARLIQ: Ermənistan ciddi riskə gedir

İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələrlə bağlı Qərb ölkələrinin mövqeyi əxlaq və hüquq çərçivəsindən kənardır, çünki hər ikisi pozulub.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Anadolu” agentliyinin müvafiq sualını cavablandırarkən deyib.

“Eyni qanunvericilik və beynəlxalq hüquq normalarının nə ikili əxlaqı, nə də ikili şərhi ola bilməz. Ona görə də standartlarla hoqqa başlayanda bu, əxlaqsızlıqdır, çünki bu, təsadüfi deyil, belə bir strategiyadır”, – diplomat bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi sıx şəhər ərazilərində döyüş əməliyyatları zamanı ayrıseçkilik etmədən zərbələrin yolverilməzliyini dəfələrlə bəyan edib. “Bu cür taktikalar kütləvi mülki itkilərə və mülki infrastrukturun, o cümlədən Qəzzanın ən böyük xəstəxanası “Şifa”nın məhvinə gətirib çıxarır”, – Zaxarova qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Ermənistanın baş naziri Nikol Paşinyanın Minskdə keçiriləcək KTMT sammitində iştirakdan imtina etməsi və İrəvanın qurumdan çıxma ehtimalına da münasibət bildirib.

Zaxarova qeyd edib ki, KTMT-yə üzvlük Ermənistanı lazımi səviyyədə təhlükəsizliklə təmin edir, onun sözlərinə görə, bunun bir sıra nümunələri var.

“Üçtərəfli sazişlər çərçivəsindən kənarda ABŞ və Aİ-nin göstərişi ilə Ermənistan ciddi riskə gedir və regional infrastrukturdan kənarda qala bilər. ABŞ və Aİ bir çox yerlərdə qarant rolunda çıxış edirlər, lakin müsbət bir şey edə bilmirlər. Çox vaxt onlar çox şey vəd edir, az iş görür və vəziyyətdən yalnız öz məqsədləri üçün istifadə edirlər. Rusiyaya nifrət onların gündəmindədir, anti-Rusiya addımları onlar üçün yol xəritəsidir”, – deyə o bildirib.

Diplomat əlavə edib ki, belə bir vəziyyət “Ermənistanın özünə sərf etmir”.

Gununsesi.info