
Yelo Bank-ın təşkilati dəstəyi ilə Avropa Gənclər Parlamentinin (AGP) sessiyası keçirilib.
Gununsesi.info bildirir ki, bankın Baş ofisinin tədbir zalında baş tutmuş görüşdə xarici tələbələr də daxil olmaqla 150-dən çox fəal və təşəbbüskar AGP üzvü iştirak edib.
Görüşdə iqtisadi və sosial məsələlər, gender bərabərliyi, qida təhlükəsizliyi, texnologiya və s. üzrə gündəmdə olan ictimai məsələlər müzakirə edilib. Bu sahələr üzrə 8 komitənin birgə əməyi nəticəsində hazırlanmış yekun təkliflər paketi Baş Assambleya formatında ümumi müzakirəyə çıxarılıb.
Qeyd edək ki, Yelo Bank Korporativ Sosial Məsuliyyətstrategiyası çərçivəsində gənclərin inkişafına yönəlmiş layihələrə dəstək olur. Bu strategiya çərçivəsində Bank birsıra yerli və beynəlxalq gənclər təşkilatları ilə aktivəməkdaşlıq edir. Əsas məqsəd gənclərimizi bu kimimaarifləndirici tədbirlərə cəlb etmək və onların şəxsiinkişaflarına töhfə verməkdir.
Baş ofisin müasir texnikiavadanlıqlarla təchiz olunmuş və 400-ə yaxın auditoriyanı əhatələyən tədbir zalında Bankın daxili tədbirləri iləyanaşı, maarifləndirici və sosial bir sıra tədbirlərinkeçirilməsinə də dəstək göstərilib.
Bank xidmətləri, həmçinin debet kart(https://www.yelo.az/az/individuals/cards/yelo-kart-debet/)haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapphesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!
Gununsesi.info