Keçmiş komandan mərhum generaldan yazdı

  • By admin
  • 09 Dekabr 2022 08:50

Azərbaycan Hərbi Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı general-mayor Altay Mehdiyev mərhum general-mayor Fikrət Məmmədovun doğum günü ilə bağlı qeydlər yazıb.

Gununsesi.info bildirir ki, Altay Mehdiyev generalın müəmmalı yol qəzasında vəfat etməsinə diqqət çəkib.

HTML tutorial

Keçmiş komandanın həmin qeydlərini təqdim edirik.

 

 

9 dekabr 1961 – ci ildə anadan olan General mayor Fikrət Məmmədov, 1984 -cü ildə Ali Hərbi məktəbi bitirdikdən bir müddət sonra, 1985 – 87-ci illərdə Əfqanıstanda desant taqım və bölük komandiri vəzifələrində xidmət etmişdir.

Mənim onunla ilk tanışlığım 1991- ci ilda, Mockvada M.V. Frunze adına Hərbi Akademiyada oxuduğumuz zaman olmuşdur. Qarabağ döyüşlərində isə ğörüşümüz 1993-cü ildə, rəhbərlik etdiyim döyüşlərin artilleriya dəstəyini gücləndirmək məqsədi ilə, polkovnik leytenant rütbəsində, 130 saylı hərbi hissənin qərərgah rəisi vəzifəsində Tərtərə gəldiyi zaman olmuşdur.
Ordumuzda xidmət etdiyi ilk gündən general mayor Fikrət Məmmədov müharibə qanunlarına, döyüş ənənələrinə, qarşılıqlı yardıma riayət etməklə
bağlı hissə və böımələri döyüşdə müvəffəqiyyətlə idarə etməyə qadir olan bir komandir kimi şəxsi heyətın hörmətini qazana bildi. O, güclu peşəkar biliyə, düzgün qərar qəbul etmə qabiliyyətinə və mükəmməl idarəetmə təcrübəsinə malik olan, təhsil zamanı qazandığı biliklərlə kifayətlənməyərək hərb elminin bütün incəliklərini dərindən öyrənməyə və müvəffəqiyyətlə həyata keçirməyə çalışan,
qarşısına qoyduğu məqsədlərə nail olmaqdan zövq alan əsl komandir olduğunu şərəflə sübut etdi.
General mayor Fikrət Məmmədov geniş
dünyagörüşə, intellektual səviyyəyə və yüksək təşkilatçılığ qabiliyyətinə malik olub, döyüşlərin idarə edilməsinə səmərəli yanaşan, çətinliklər qarşısında geri çəkilməyi bacarmayan, istənilən döyüş tapşırığının öhdəsindən gəlməyi bacaran bir komandir kimi rəhbərlik etdiyi kollektivin həqiqi və tam hüquqlu rəhbərinə çevrilməyi bacardı. Eyni zamanda vicdanla xidmət etməyə qərar verən, zabit şərəfini daima qoruyan, tabeliyində olanlara qarşı qayğı və tələbkarlıqla yanaşan, onların şəxsi ləyaqətlərinə böyük hörmət bəsləyən bir komandir kimi xalqımızın ona verdiyi ən yüksək qiymətə layiq görüldü.

Məhz bütün bunları nəzərə alaraq, generall Fikrət Məmmədov xidmət etdiyi qısa bir müddət ərzində — 1995 – ci ildə Ordu Korpusunun qərərgah rəisi,
1998 – ci ilin may ayında, 37 yaşında isə Ulu Öndər Heydər Əliyev tərəfindən General mayor rütbəsinə
layiq görülməklə, Ordu Korpusunun komandiri vəzifəsinə təyin olundu !
Bir çox zabitlərdən fərqli olaraq, ali rütbəyə layiq ğörülməsi və yüksək səviyyəli vəzifəyə təyinatı ilə —
“böyük sərkərdə”, “unudulmaz lider”olması haqqında
general mayor Fikrət Məmmədovda heç də səhv fikirlər yaranmadı. Çünki o gözəl başa düşürdü ki, döyüş əməliyyatlarının uğurla həyata keçirilməsinə rəhbərlik etmək, sadəcə olaraq hissə və bölmələri döyüşə göndərməkdən ibarət deyildir. Layiq görüldüyü vəzifə səlahətlərini şərəflə yerinə yetirməsi üçün ən azı layiqli bir insan, hərtərəfli hazırliqlı bir komandir olmalıdır. Özünün və rəhbərlik etdiyin kollektivin, silah yoldaşlarının şərəf və ləyaqətinin qorunması uğrunda daima mübarizə aparmalıdır. Onların arzu və istəklərindən şəxsi mənfəəti üçün heç zaman istifadə etməməlidir !

Çox əfsuslar olsun ki, Ordumuz Fikrət Məmmədov kimi generalı, yüksək hazırlıqlı komandiri — 15 may 2002- ci il tarixində, ona və onun kimi generallara ən çox ehtiyacı olan bir vaxtda, Gədəbəy istiqamətində xidməti vəzifələrini icra edərkən baş verən avtomobil qəzası zamanı faciəli şəkildə itirdi !!
Böyük qurur hissi ilə deyə bilərəm ki, general mayor Fikrət Məmmədov böyük gərginlik tələb edən 1-ci Qarabağ müharibəsində əsl komandir kimi rəhbərlik etdiyi böyük bir kollektivin və tutduğu vəzifənin nufuzlarını özündə birləşdirməklə hərb elminin ən yüksək zirvəsini fəth etməyi bacaran az saylı ali rütbəli komandirlərdən biri oldu.
Bəli, General mayor Fikrət Məmmədov Dövlətimizə, Xalqımıza, Ordumuza sadiq olan, hərb elminin bütün incəliklərini dərindən bilən, qəbul etdiyi qərara uyğun əmr və sərəncamları aydın, dolğun, sakit templə hissə və bölmələrə çatdırmaqla döyüşü idarə etməyi bacaran, yüksək əxlaqı davranışı və vəzifə borclarının icrasına vicdanla yanaşması sayəsində şəxsi heyəti yanlış addımlardan və qeyri qanuni hərəkətlərdən qoruyan, anti — ictimai cinayətlərin qarşısını vaxtında almaqla onların şərəfini alçaltmağa imkan verməyən, ədalətli istəyi və hərəkətləri ilə insanlara zövq verən, bağlı şəxsi heyyətin həyat və fəaliyyətinin bütün aspektlərinə görə cavabdehliyi və davranışlarına görə məsuliyyəti öz üzərinə gütürməyi bacaran ləyaqətli bir komandir kimi tarixdə qaldı.

Çox maraqlıdır ki, 2015 -ci ilin may ayının 15 də, general Fikrət Məmmədovun avtomobil qəzasında həlak olduğu gün və həlak olduğu ərazidə onun xatirəsinə hazırlanan “Bulaq kompleksi”ni bir qrup zabitlərlə ziyarət edikdən sonra, məhz onun həlak olduğu həmin ərazidə mən də avtomobil qəzasına düşdüm.
Qəza zamanı avtomobilimiz digər avtomobilin zərbəsindən aşırıma düşərkən, təsadüfdən aşırım qarşısında bitən ağaca dirənərək dayandı. Məhz bu səbəbdən də, hadisə mənim və sürücüm üçün kiçik zədələrlə nəticələndi. Əks təqdirdə məni də general Fikrət Məmmədovun taleyi gözləyirdi.
Kaş vətənpərvər insan, yaxşı dost, gözəl sərkərdə general Fikrət Məmmədovun da hərəkət etdiyi avtomobilini hansısa kiçik bir ağacın xırda bir budağı belə qoruya biləydi.

Allah general Fikrət Məmmədovu rəhmət eləsin !
Allah bütün şəhidlərimizi rəhmət eləsin !

Gununsesi.info