
“Taliban hərəkatının hakimiyyəti ələ alması danılmaz həqiqətdir. Bu səbəbdən Əfqanıstandakı vəziyyəti qəbul edərək yeni hökumətlə qarşılıqlı əlaqələr qurmalı olacağıq”.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov deyib.
“Düşünmürəm ki, Taliban ideologiyasını qonşu ölkələrə ixrac etməyə çalışacaq və bununla məşğul olacaq. 20 il əvvəlki hadisələrdən dərs aldılar. Bəli, onlar Üsamə ben Ladenin ideoloqları olduğu dönəmdə eləydilər”- Rusiya rəsmisi bildirib.
Gununsesi.info