QHT sədri qəzada öldü

  • By Admin2
  • 06 Fevral 2026 17:32

“Masallı Ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev avtomobil qəzasında həlak olub.

Gununsesi.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, yol-nəqliyyat hadisəsindən dərhal sonra Q.Fətullayev Bioloji Təbabət Klinikasına çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, 79 yaşlı QHT sədrinin həyatını xilas etmək mümkün olmayıb.

Gununsesi.info