Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu

  • By admin
  • 02 Fevral 2026 00:06

Hazırda təqaüddə olan polis general-mayoru Nazim Əliyevin özünə dəbdəbəli toy etməsi barədə Gununsesi.info-nun xəbəri böyük rezonansa səbəb olub.

Qeyd edək ki, özündən 35 yaş kiçik xanımla ailə quran generalın toy görüntüləri ilə  bağlı minlərlə sosial şəbəkə istifadəçisi fərqli-fərqli fikir səsləndirib.

Gununsesi.info-nun məlumatına görə, onlar arasında Prezidentin Təhlükəsizlik Şurası katibinin müavini  general-polkovnik Mədət Quliyev də var.

Belə ki, Mədət Quliyev “Allah hamını xoşbəxt etsin. Hamı həyatda rahatlığını tapsın” deyə Nazim Əliyevin toy mərasimi ilə bağlı xəbərin altında  rəy yazıb.

Firuzə

Gununsesi.info