Xəbər verdiyimiz kimi, Bakıda yerləşən İdrak Liseyində silahlı insident baş verib.
Liseyin rəhbəri Mönsüm Alışov “Unikal”a açıqlamasında hadisənin səbəbini açıqlayıb:
Bildirilib ki, 10-cu sinif şagirdi müəllimə silahdan atəş açıb.
Dərhal xəstəxanaya çatdırılan müəllimin vəziyyətinin ağır olduğu bildirilir.
Liseyin rəhbəri Mönsüm Alışov hadisənin ehtiyatsızlıqdan baş verdiyini deyib.
“Şagird ov tüfəngini liseyə məktəb çantasında gətirib. Hadisə ehtiyatsızlıqdan baş verib”, – deyə o əlavə edib.











