Xəbər verdiyimiz kimi, Bakıda “İdrak” liseyində şagird müəllimi güllələyib.
Geniş rezorans doğurar bu hadisə bir sıra suallara da yol açır.
Maraqlıdır, müəllimi güllələyən uşağı hansı cəza gözləyir?
Bu barədə Gununsesi.info-ya hüquqşünas Şamil Paşayev danışıb.
O bildirib ki, əgər uşağın 14 yaşı tamam olubsa və qəsdən adam öldürməyə cəhd maddəsi ilə istintaq aparılacaqsa, ən çox 10 il müddətinə azadlıqdan məhrum edilə bilər. Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, yetkinlik yaşına çatmayan uşaqların ala biləcəyi ən çox cəza 10 ildir. Hələlik sözügedən hadisə ilə bağlı konkret bir detal yoxdur. Kimisi ehtiyatsızlıqdan olduğunu deyir, kimisi də qəsdən. Detallar açıqlanandan sonra daha dəqiq bilinəcək”.
Orxan












