“Müəllimlər həmin şagirdi çox sıxırdı” - YENİ DETALLAR

“Hadisəni törədən uşaq dünən demişdi ki, yaxınlarda məktəbdə terror olacaq”.

Gununsesi.info xəbər verir ki, bu sözləri sözləri Bizim.Mediaya açıqlamasında liseydə təhsil alan 8-ci sinif şagirdi bildirib.

“O şagird yaxşı oxuyurdu, sakit uşaq idi. Ancaq məktəbdə müəllimələr çox sıxırdılar onu. Müəllimə yaxşı müəllimə idi”.

Xatırladaq ki, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.

O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib. Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb.

Ondan ov silahı götürülüb.

 

Gununsesi.info