Moskvada naməlum şəxs Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevi kürəyindən bir neçə dəfə güllələyib. O, xəstəxanaya yerləşdirilib.
Gununsesi.info xəbər verir ki, Rusiya İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına görə, atəş açan şəxs axtarılır.
Qatil Volokolamskoye şossesindəki yaşayış binasının yaxınlığında general-leytenantı pusquda gözləyirmiş. Cinayət işi qəsdən adam öldürməyə cəhd (Rusiya Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 105-ci maddəsinin 1-ci hissəsi) və qanunsuz silah qaçaqmalçılığı (Rusiya Cinayət Məcəlləsinin 222-ci maddəsinin 1-ci hissəsi) maddələri ilə açılıb.
Vladimir Alekseyev Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin birinci müavinidir. 2017-ci ildə Alekseyev Rusiya Qəhrəmanı adına layiq görülüb.












