Qazaxıstanda güclü zəlzələ oldu: xəsarət alanların sayı 40-ı ötüb – YENİLƏNİB

Qazaxıstanın Almatı şəhərində baş verən zəlzələdən sonra 44 nəfər tibbi yardıma müraciət edib.

Gununsesi.info xəbər verir ki,  bu barədə Qazaxıstan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Bu səhər saatlarına kimi Almatıda müxtəlif formada yüngül və orta dərəcəli xəsarət alan 44 nəfər həkimə müraciət edib. Onlar şəhər xəstəxanalarına çatdırılıblar”, – məlumatda deyilir.

Həkimlər müayinədən sonra 8 nəfəri xəstəxanaya yerləşdirib, qalanları ambulator müalicəyə göndərilib.

***07:23

Almatıda 6,7 ​​bal gücündə güclü zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Almatıdan 264 km cənub-şərqdə, Qırğızıstan ərazisində, 65 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar bir neçə dəqiqə davam edib. Bir çox şəhər sakinləri tələsik evlərini tərk edərək kütləvi şəkildə küçələrə çıxırlar.

Bölgədə zəlzələ nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib.

Gununsesi.info