
ABŞ-da təyyarə veriləcək yeməklərin hazırlandığı hissədə baş verən yanğından sonra tez eniş etməli olub. Təyyarədə baş verən yanğına yanğınsöndürənlər müdaxilə edib.
Gununsesi.info xəbər verir ki, “NBC News”un məlumatına görə, “American Airlines” aviaşirkətinə məxsus “Boeing 737-800” tipli təyyarə Şimali Karolinaya getmək üçün Austin-Bergstrom Beynəlxalq Hava Limanından havaya qalxıb.
Aviasiya şirkəti havaya qalxdıqdan bir müddət sonra təyyarənin mətbəxindəki sobanın alovlanmasından sonra “təyyarədə texniki problem olduğu” səbəbi ilə Hyustona yönləndirildiyini açıqlayıb.
Şimali Karolinada eniş etməli olan təyyarə texniki nasazlıq səbəbindən Hyustondakı Corc Buş Qitələrarası Hava Limanına enib. Təyyarədə baş verən yanğına yanğınsöndürənlər müdaxilə edib.
Gununsesi.info