
İsrail mediası İsrail ordusuna bağlı bir kəşfiyyat bölməsinin HƏMAS-ın oktyabrın 7-də həyata keçirdiyi hücumlardan əvvəl yüksək səviyyəli şəxslərə dəfələrlə xəbərdarlıq etdiyini yazıb.
Gununsesi.info–nun məlumatına görə, “The Times of Israel” qəzetinin xəbərində İsrail ordusunun tərkibindəki kəşfiyyat bölməsinin rəisinin sentyabr ayında orduya “Həmas hücumu” ehtimalı ilə bağlı 4 dəfə xəbərdarlıq etdiyi bildirilib.
Bildirilib ki, adı açıqlanmayan səlahiyyətli sentyabrın sonunda hərbi və siyasi iyerarxiyada bütün yüksək səviyyəli qərar qəbul edən şəxslərə “HƏMAS-ın çəkindirdiyinə dair geniş yayılmış qiymətləndirməyə qarşı” iki dəfə xəbərdarlıq edib və daha sonra orduya daha iki dəfə oxşar rəy təqdim edib.
Xəbərdə adı açıqlanmayan bir məmurun dekabrın 3-də mövzu ilə bağlı yazdığı məktub yer alıb.
“Mən Sizin əsas qiymətləndirmənizə etiraz etməyə çalışdım ki, HƏMAS müharibənin başlamasına həftələr qalmış Qəzza zolağında sükutu saxlamaqda maraqlıdır”, – deyə həmin rəsmi bildirib.
“Mənim əsas iddiam HƏMAS-ın tezliklə İsraillə münaqişəyə başlayacağı idi” deyən məmur bu xəbərdarlıqları 21 və 26 sentyabrda hərbi və siyasi səviyyələrdə qərar qəbul edənlərə yazılı şəkildə təqdim etdiyini və sentyabrın 26 və 27-də şifahi şəkildə ifadə etdiyini bildirib.
HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam briqadaları 7 oktyabr 2023-cü ildə İsrailə hərtərəfli hücuma başlayıb. İsrail bu hücumlarda 1200 israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb. Daha sonra şiddətlənməyə davam edən müharibənin ilk günlərindən İsrailin bu əhatəli hücumla bağlı əvvəlcədən kəşfiyyat məlumatı almaması ilə bağlı müzakirələr başlayıb.
İsrail Ordusunun sözçüsü Daniel Haqari bildirib ki, bu hadisə ilə bağlı heç bir konkret kəşfiyyat xəbərdarlığı olmayıb: “Belə bir hadisəni başa düşə bilmədik. Keçən gecə bəzi kəşfiyyat əlamətləri var idi, amma belə bir hərəkət deyildi. “Biz hər şeyi hərtərəfli araşdıracağıq”.
İsrail Hərbi Kəşfiyyat İdarəsinin rəisi Aharon Halivanın sözlərinə gör, “Müharibənin başlanğıcı bir kəşfiyyat səhvi idi”. “Mənim rəhbərliyimdəki Hərbi Kəşfiyyat Departamenti olaraq biz HƏMAS-ın törətdiyi terror aktı ilə bağlı xəbərdarlıq edə bilmədik”, – deyə o əlavə edib.
İsrailin baş naziri Benyamin Netanyahu 7 oktyabrda baş verən kəşfiyyat probleminə görə özü də daxil olmaqla hər kəsin cavab verməli olacağını qeyd edib.
Gununsesi.info