
İsveçin Baş naziri Ulf Kristerson gerçəkləşdirdiyi mətbuat konfransında hökumətin ölkədə məcburi əsgərlik xidmətini yenidən başlatmağı planladığını söyləyib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Kristerson bununla bağlı Gözlənilməz Mülki Hallar Qurumuna bu tədbirə hazırlıqları bu həftə başlatması ilə bağlı tapşırıq verdiklərini bildirib.
Buna uyğun başladılacaq ilk addımlar Bələdiyyə binalarının qorunması ilə bağlı olacaq. Məlumatda bildirilir ki, tibbi idarələr, fövqəladə hallar və digər önəmli sektorlarda məcburi hərbi xidmət tədricən başladılacaq.
Tərcümə: Arzu Sayadoğlu