Meksikadan ABŞ-a uçan təyyarə qəzaya uğradı

Meksikada təyyarə qəzası baş verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkədən ABŞ-a uçan kiçik həcmli təyyarə qəzaya uğrayıb.

HTML tutorial

Belə ki, Meksikanın Puerta Vallarta şəhərindən ABŞ-ın Texas ştatındakı Makallen şəhərinə uçan təyyarə qəfil yerə çırpılıb.

Nəticədə 2 ekipaj üzvü yaralanıb. Xəsarət alanlar dərhal xəstəxanaya çatdırılıb.

Qəzanın texniki nasazlıq ucbatından baş verdiyi güman edilir. Hazırda dəqiq səbəblərin araşdırıldığı qeyd olunub.

Gununsesi.info