Ərdoğanın “Altı kapitan bir gəmini batırır” atmacasına rəqiblərindən reakisiya

  • By admin
  • 10 Yanvar 2023 23:39

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ona qarşı “Altılı Masa”da birləşən siyasi liderlərin seçkidə bir-birinə güzəştə getməyəcəyini deyib.

Ərdoğanın  ” Altı kapitan bir gəmini batırır” atmacasına qurumda təmsil olunan Demokrat Partiyanın lideri Gultekin  Uysal  Ərdoğana  öz arqumenti ilə cavab verib.

HTML tutorial

Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Uysal  bildirib ki, Ərdoğan “Titanik kapitanı kimidir: “Aysberq xəbərdarlığına da məhəl qoymadı. Amma gəmi batdı. Bu gün də Türkiyə  fəlakətə doğru sürətlə irəliləyir”.

 

Qeyd edək ki, Ərdoğan “Altılı Masa”nı tənqid edərkən, bunları da bildirib: “Altı kapitan gəmini batırır. Gəmi bir kapitanla üzür. Yedəkləmələr ayrıdır. İki sürücü mütləq avtomobil qəzası törədirlər. Deyirlər ki, biz altı nəfərin gözü qarşısında ölkəni idarə etmək istəyirik. Ölkəmizdə prezident seçilmək üçün hər iki nəfərdən ən azı birinin səsini toplamaq lazımdır. Onların prezidenti altı nəfər qarşısında cavabdeh olacaqdı”.

Tərcümə: 

Mais