
Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti Astanada rəsmi səfərdə olub.
Gununsesi.info xəbər verir ki, bu barədə Qazaxıstanın “DKNews.kz” portalı məlumat yayıb.
Portal xəbər verir ki, “Qazaxıstan və Ermənistan müdafiə nazirliklərinin nümayəndələrinin iştirakı ilə keçirilən geniş tərkibdə görüşdə müdafiə nazirliklərinin qarşılıqlı maraq doğuran perspektivli fəaliyyət istiqamətləri müzakirə olunub”.
Müzakirə nəticəsində Qazaxıstan və Ermənistan müdafiə nazirlikləri arasında 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb.
Gununsesi.info