ABŞ-ın Rusiya ilə bağlı bu iddiası yalandır - Lavrov

  • By ilhame
  • 23 Yanvar 2024 22:45

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-nin Rusiyanın Ukraynada İranın pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməsi ilə bağlı ittihamlarının yalan olduğunu deyib.

 

Gununsesi.info xəbər verir ki, Lavrov Amerikanın CBS televiziyasına verdiyi açıqlamada ABŞ-nin Rusiyanın Ukraynada İran PUA-larından istifadə etməsi ilə bağlı ittihamlarına cavab verib:

 

“Bizi Ukraynaya hücum etmək üçün İran PUA-larından istifadə etməkdə ittiham edirlər. Bu tamamilə uydurmadır. Əgər sübutunuz varsa, təqdim edin. Biz özümüzü müdafiə etməyəcəyik, çünki bizim ittiham olunduğumuza dair heç bir sübut yoxdur”.

 

Gununsesi.info