ABŞ və Britaniya husilərin 90-dan çox hədəfini vurdu

ABŞ və Böyük Britaniya artıq Yəmənin Ənsarullah hərəkatının (Husi) 91 hədəfini vurub.

Gununsesi.info xəbər verir ki, bundan əvvəl üsyançılar İsrailin Qəzza zolağına təcavüzünə cavab olaraq Qırmızı dənizdə gəmilərə hücum etmək niyyətində olduqlarını bəyan ediblər.

11 yanvar 2024-cü ildə ABŞ Böyük Britaniya ilə birlikdə Avstraliya, Bəhreyn, Kanada və Hollandiyanın dəstəyi ilə Husilərin hərbi hədəflərinə hücum etdi. Hücum nəticəsində 8 hədəf vurulub.

Amerika və Britaniya hərbçiləri yanvarın 12-nə keçən gecə Yəmənə 73 zərbə endirib, hücum nəticəsində 5 husi döyüşçüsü ölüb, daha 6-sı yaralanıb.

Yanvarın 23-nə keçən gecə ABŞ və Böyük Britaniya silahlı qüvvələri Yəmənə 18 hava zərbəsi endirib. Bu barədə husilərin nümayəndəsi Yəhya Səriya bildirib.

Gununsesi.info