Türkiyə İraqın şimalında və Suriyada keçirilən hərbi əməliyyatların görüntülərini yaydı – VİDEO

Türkiyə Milli Müdafiə Nazirliyi Şimali İraq və Suriyada terrorçuların hədəflərinə qarşı həyata keçirilən hava əməliyyatlarının görüntülərini paylaşıb.

Gununsesi.info xəbər verir ki, görüntülər Türkiyə Milli Müdafiə Nazirliyinin X sosial media platformasında yayılıb.

“Dünən gecə İraqın şimalındakı Metin, Qara, Hakurk və Qəndil bölgələrində, eləcə də Suriyanın şimalında terrorçuların hədəflərinə qarşı həyata keçirilən hava əməliyyatları zamanı terror yuvaları belə məhv edilib”, – deyə nazirlik qeyd edib.

Bundan əvvəl Müdafiə Nazirliyi İraqın və Suriyanın şimalında həyata keçirilən hava əməliyyatları zamanı 23 hədəfin məhv edildiyini, çoxlu sayda terrorçunun zərərsizləşdirildiyini bildirib.

Gununsesi.info