Qaradağda yol qəzası zamanı xəsarət alan olub

Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

 

Gununsesi.info xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2006-cı il təvəllüdlü Hüseynli Kərim Elmir oğlu və onun həmyaşıdı Mikayılov İsa Rövşən oğlu xəsarət alıblar.

 

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info