“Qarabağ” və “Neftçi”dən başqa qalan komandalar vurduqları qoldan çox top buraxıblar

“Qarabağ” və “Neftçi”dən başqa qalan komandalar vurduqları qoldan çox top buraxıblar

Başa çatmaqda olan 2019-cu ildə Azərbaycan Premyer Liqasında 112 oyun keçirilib. 

Gununsesi.org Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 2018/2019 mövsümünün ikinci və 2019/2020 mövsümünün ilk yarısında eyni sayda – 8 komanda mübarizə aparıb. Baş tutan 112 qarşılaşmada 279 qol vurulub. Orta məhsuldarlıq 2,49-a bərabər olub.

Premyer Liqada 2019-cu ilin ən yaxşısı “Qarabağ”dır. Ağdam klubu keçirdiyi 28 qarşılaşmada hamıdan çox – 20 qələbə qazanıb. İl ərzində yalnız bir dəfə uduzan “Qarabağ” digərlərindən daha çox – 67 xal toplayıb. İkinci göstəriciyə malik “Neftçi” 17 xal az yığıb. 3-cü nəticə isə “Zirə”yə məxsusdur.

2019-cu ildə “Qarabağ” ən çox, “Sabah” ən az qol vuran komanda olub. Ağdamlılar həm də ən az top buraxandırsa, “Səbail” qapısında daha çox qol görüb.

Ümumiyyətlə, il ərzində yalnız iki komanda – “Qarabağ”la “Neftçi” top fərqində müsbət saldoya malik olub. Digər 6 klubun buraxdığı qol sayı vurduğundan çoxdur.

1. Qarabağ 28 20 7 1 57 – 14 67
2. Neftçi 28 14 8 6 48 – 27 50
3. Zirə 28 10 8 10 36 – 37 38
4. Keşlə 28 9 7 12 31 – 34 34
5. Qəbələ 28 8 8 12 28 – 39 32
6. Sumqayıt 28 9 5 14 29 – 42 32
7. Səbail 28 9 5 14 28 – 47 32
8. Sabah 28 5 8 15 22 – 39 23

 

Gununsesi.org

COMMENTS