Azərbaycanda bu qurumda 100 nəfər işdən çıxarıldı

Azərbaycanda bu qurumda 100 nəfər işdən çıxarıldı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 100-ə yaxın əməkdaşı işdən çıxarılıb.

 

Gununsesi.org-un məlumatına görə bunu agentliyin sədri Qorxmaz Təhməzli jurnalistlərə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, AQTA-da fəaliyyətə başladığı gündən bu vaxta qədər 100-ə yaxın əməkdaş işinin öhdəsindən gəlmədiyinə görə vəzifəsindən azad olunub:

 

“Neqativ hallarla bağlı agentlik Baş prokurorluğa müraciət edib və üç əməkdaşımız qeyri-qanuni əməllərdə iştirak etdiyi və əməllərində cinayət tərkibi olduğu aşkarlanıb. Hazırda onlar öz cəzalarını çəkirlər”.

 

“Bundan sonra da işində nöqsanlara yol verilən şəxslər qanunda nəzərdə tutulmuş qaydada cəzalandırılacaq”, -deyə sədr qeyd edib.

COMMENTS