“Barselona”dan zəng gəlsə, hər şeyi atacağam”- PEDRO

“Barselona”dan zəng gəlsə, hər şeyi atacağam”

“Çelsi”nin futbolçusu Pedro “Barselona”ya qayıtmaq variantından danışıb.

Gununsesi.org xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi “Marca”ya açıqlamasında Kataloniya kulubundan təklif gələcəyi halda “hə” cavabını verəcəyini deyib:

“Barselona”dan zəng etsələr, hər şeyi atacağam (gülür). “Barselona”ya qarşı oyunlarımızın birində baş məşqçi ilə (Ernesto Valverde – red.) danışdıq və komandaya qayıtmaq variantı yarandı. Amma sonra qapılar bağlandı. İndi hər şeyin necə olacağını bilmirəm. “Çelsi”ilə mövsümün sonuna qədər müqaviləm var”.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Pedro 2005-2015-ci illərdə bu komandada çıxış edib.

 

Gununsesi.org

COMMENTS