Bu il Avropa İttifaqı ölkələri arasında sığınacaq almaqla bağlı ən az müraciət Estoniyaya edilib.
Gununsesi.org xəbər verir ki, bu barədə “Eurostat” statistika xidmətinin məlumatında bildirilir. Qeyd edilir ki, il ərzində yalnız 100 nəfər Estoniyaya sığınacaq istəyi ilə bağlı müraciət edib. Estoniyanın Baltikyanı qonşuları − Latviya və Litva müvafiq olaraq 165 və 540 ərizə alıblar. Ümumilikdə, bu il Aİ-yə üzv olan 28 ölkəyə sığınacaqla bağlı 624 min 955 ərizə daxil olub.
Bu ilin üçüncü rübündə Aİ-yə gəlmək arzusunda olan qaçqınların əksəriyyətini Suriya, Əfqanıstan, Venesuela və İraqdan olan insanlar təşkil edir.
Gununsesi.org
COMMENTS