“Ursula” qurbanlarının sayı daha da artdı

“Ursula” qurbanlarının sayı daha da artdı

Filippində “Ursula” tayfununun qurbanlarının sayı daha da artaraq 41 nəfər olub.

Gununsesi.org-un məlumatına görə, bu barədə “ABS-CBN” telekanalı məlumat verib.

Daha əvvəl 28 nəfərin öldüyü bildirilirdi

Ən son məlumata görə, 28 nəfər yaralanıb, 12 nəfər itkin düşmüş hesab olunur.

Dekabrın 24-də Filippində baş qaldıran tayfun 2 minə yaxın evə ziyan vurub. 150 şəhərdə elektrik təchizatı dayanıb. 44 min insan təxliyyə olunub.

 

Gununsesi.org

COMMENTS