400 dindarın həbsi doğrudur? - DİN-dən AÇIQLAMA

  • By admin
  • 03 Aprel 2023 12:26

Sosial şəbəkələrdə son günlər ölkədə 400- yaxın dindarın həsbi barədə xəbərlər yayılıb.

Gununsesi.info-nun xəbərinə görə, bununla bağlı yayılan məlumatlarda hakimiyyətin İranla münasibətlərinin gərginləşdiyini əsas gətirərək, dindarlaraq arşı genişmiqyaslı əməliyyatlar apardığı iddia olunur.

HTML tutorial

Onlar arasında siyasi məhbus Hacı Taleh Bağırzadənin də tərəfdarlarının da olduğu deyilir.

İnsan haqları fəalları isə hesab edir ki, hökumət bununla Qərb dairələrində ölkədə dini təhlükənin olması görüntüsü yaradır və tənqidçiləri həbsə atır.

Ancaq DİN-nin şöbə rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev Gununsesi.info-ya açıqlamasında bu iddiaları təkzib edib: “Bilmirəm ki, bu rəqəmi haradan götürüblər. Qətiyyən belə bir hal yoxdur. 400 nəfər rəqəmi absurddur”. 

 

Elmar Elnuroğlu

Gununsesi.info