8 aylıq körpə uşaq manejdən yıxılaraq ölüb

Astarada 8 aylıq körpə bədbəxt hadisə nəticəsində ölüb.

Gununsesi.info -nun verdiyi xəbərə əsasən , gecə saatlarında Astara rayonun Pensər kənd sakini, 2023-cü il təvəllüdlü İ.H. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Nənəsinin sözlərinə görə, 8 aylıq körpə evdə uşaq manejdən yıxılıb və xəsarət alıb.

Qohumları körpəni dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Xəstəxanadan bildirilib ki, 8 aylıq körpənin həkiməqədər ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.