Gədəbəydə ildırımdan sonra transformatorda fəsad yaranıb, xəstəxanada elektrik kəsilib

  • By ilhame
  • 08 İyun 2024 21:53

Gədəbəydə ildırımdan sonra transformatorda fəsad yaranıb, rayon Mərkəzi Xəstəxanasında elektrik enerjisi kəsilib.

Gununsesi.info-nun məlumatına görə, artıq bir neçə saatdır xəstəxanada və yaxınlıqdakı küçələrdə elektrik enerjisi yoxdur.

Sakinlər bildirib ki, güclü ildırımdan sonra transformatorda qısapanma olub və fəsad yaranıb.

Qeyd edək ki, günorta saatlarından bölgədə qeyri-sabit hava şəraiti müşahidə olunur.

Gununsesi.info